Pseudomonas aeruginosa təyini
Pseudomonas aeruginosa geniş yayılmış bakteriyalardandır və su, qida, gigiyena və kosmetik məhsullarda rast gəlinə bilər. Bu bakteriya xüsusilə zəif immun sistemi olan insanlarda ciddi infeksiyalara səbəb ola bilər. P. aeruginosa-nın təyini məhsulun təhlükəsizliyini və keyfiyyətini təmin etmək üçün həyata keçirilir.